ADA Universitetində tələbələr təhsil almaqdan zövq alırlar. Biz onlar üçün müxtəlif növ maliyyə yardımı resursları təklif edirik. ADA Universiteti bu yardımları tələbələrin dünya səviyyəli təhsil almalarına, peşəkar və karyera məqsədlərinə çatmasına dəstək olmaq üçün edir.
ADA Universitetində maliyyə yardımı resursları yüksək akademik performansı təşviq etmək üçün nəzərdə tutulub. ADA Universitetində biz qəti şəkildə inanırıq ki, bugünkü liderlər öz dürüstlükləri, etikaları, üstün performansları və cəmiyyətə öz töhfələrini vermək öhdəliyi ilə fərqlənən bəylər və xanımlardır.
Biz tələbələrimizin akademik nailiyyətini və performansını qiymətləndiririk. Bunu səxavətli təqaüdlər, stipendiyalar və mükafatlar vasitəsilə təltif etməyə çalışırıq. ADA-da biz üstün təhsil vermək və intellektual araşdırmanı təşviq etmək öhdəliyi götürürük; lakin biz həmçinin bir-birimizə qarşı məsuliyyəti paylaşdığımız daha böyük bir cəmiyyətin bir parçası olduğumuzu da bilirik. Beləliklə, biz cəmiyyətə öz töhfələrimizi verməyə və ətrafımızdakı dünyaya müsbət təsir etməyə can atırıq.