ADA
Biznes fakültəsi

Biznes Fakültəsi

2011-ci ildə təsis edilən Biznes fakültəsi ADA Universitetinin ən böyük fakültəsidir. Bu fakültə biliyin əhatəli, dərin və praktiki məşğələlər əsasında öyrənilməsini təmin edir. Tələbəyə daim dəyişən əmək bazarında uğur qazanmaq üçün zəruri olan bacarıqları ötürən proqrama malik fakültə dünya səviyyəli biznes fakültəsi olmağı qarşısına məqsəd qoyub. Biz biznesin təşkilini, idarəçiliyini və strategiyasını hazırlamaqda ənənəvi düşüncənin sərhədlərini aşan, özgüvənli məzunlar hazırlayırıq. Məzunlarımız güclü mənəvi dəyərləri, şərəf və dürüstlük hissi olan yenilikçi peşəkarlardırlar.

Təqdim etdiyimiz proqram vasitəsilə yerli və qlobal biznes mühitində uğur qazana biləcək yüksək təhsilli, sosial məsuliyyətli və mənəviyyatlı vətəndaşlar yetişdirərək regionda tələbələrə yüksək keyfiyyətli və innovativ öyrənmə təcrübəsi təklif edən aparıcı biznes fakültəsi olmağı hədəfləmişik.

2019-cu ilin noyabr ayından etibarən Biznes fakültəsi "ACBSP"nin üzvüdür. 2020-ci ilin martında isə fakültə "namizəd" statusu aldı ki, bu da bizim MBA və BBA proqramlarımızın rəsmi akkreditasiyasının 2022-ci ilə tamamlanmasına gətirib çıxardı. "ACBSP" akkreditasiyası tədrisin mükəməlliyi, tələbənin öyrənmə nəticələrinin düzgün şəkildə təyin olunması və davamlı təkmilləşdirmə modelini təşviq edir.

Bu prosesin əsas məqsədi proqramlarımızın xarici keyfiyyət standartlarını analiz edərək proqramlarımızın beynəlxalq təsdiqini və səviyyəsini təmin etməkdir. Bunun vasitəsilə biz həm də təqdim etdiyimiz təhsilin əmək bazarının tələblərinə cavab verdiyinindən əmin oluruq. Akkreditasiyadan keçmək həm də proqramlarımızı beynəlxalq auditoriyaya tanıtdırır və akkreditə olunmuş biznes fakültələrinin nüfuzlu şəbəkəsinə qoşulmasınaa kömək edir. Akkreditasiya prosesindən əldə edilən məlumatlar həm məzmun, həm də tədrisin təşkili baxımından daxili keyfiyyətin yaxşılaşdırılmasını dəstəkləmək üçün də istifadə edilir.
"ACBSP" standartlarına uyğun tələbə nailiyyətlərinə buradan baxa bilərsiniz.


ADA Universitetinin Biznes fakültəsində yerli və qlobal biznes mühitində uğur qazana biləcək yüksək təhsilli, sosial məsuliyyətli və mənəviyyatlı vətəndaşlar yetişdiririk. Biz regionda tələbələrə yüksək keyfiyyətli və innovativ öyrənmə təcrübəsi təklif edən aparıcı biznes fakültəsi olmağa qarşımıza məqsəd qoymuşuq.

88.7%
UNDERGRADUATE

11.3%
GRADUATE

51.7%
MALE

51.7%
FEMALE

STUDENTS FROM
15 COUNTRIES

1397 ALUMNI

ADA Biznes İnstitutu olaraq məqsədimiz tələbələrimizi dünyanın istənilən yerində peşəkar səviyyədə uğur qazanmaq üçün lazım olan bilik və bacarıqlarla təchiz etməkdir.

Hüseyn İsmayılov

Professor-müəllim heyəti

Biznes Məktəbinin professor-müəllim heyəti biznes və iqtisadiyyatın nəzəri və praktiki tərəflərini dərindən mənimsəyən, öz sahələrində tanınmış mütəxəssislərdir. Onların real həyatdan olan əsaslı təcrübələri sayəsində sinif otaqlarında dərin və əhatəli müzakirələr baş tutur.

Administrativ heyət