ADA İBTİDAİ MƏKTƏBİ

ADA İbtidai Məktəbi kəşf etmək, öyrənmək və yaşam tərzidir. Yaşıl bir parkın içində yerləşən bu məkan uşaqlarımıza böyük bir şəhərin tixacından , səs-küyündən kənarda təbiətlə iç-içə olmaq, fəal öyrənmə üçün dizayn edilmiş dəstəkləyici bir mühitdə öz həqiqi “Kimliklərini” kəşf etmk fürsəti verir.

Bizim ibtidai məktəb proqramımız şagirdə təhlükəsiz və qayğıkeş bir mühitdə özünəinam, özünü ifadə etmək, yaratmaq, ən əsası isə öyrənmək və inkişaf etmək istəyini reallaşdırmaq üçün imkanlar yaradır.

Şagirdlər ADA İbtidai Məktəbinə 6 yaşında qəbul olur və burada 10 yaşına qədər təhsil alırlar. ADA İbtidai Məktəbinin tədris proqramı ümumi və vahid “ADA Məktəbi Yolu”nun bir hissəsidir, onun əsas elementlərindən biridir. 3 pillədən ibarət olan bu yol övladlarımızı ibtidai təhsildən tam orta təhsilə və universitetə hazırlıq dövrünə kimi aparır.

ADA MƏKTƏB YOLU

Təhsil Dövrü

ADA İbtidai Məktəbində təhsil 2024-cü ilin sentyabr ayından etibarən başlayacaq. Bu yay ilkin mərhələdə ADA İbtidai Məktəbinə 60 şagird qəbul ediləcək. Onlar hər sinifdə 20 şagird olmaqla, 1, 2 və 3-cü siniflərdə təhsil alacaqlar. 2025-ci ilin sentyabrından isə ADA İbtidai Məktəbi tam tərkibdə şagird qəbul edəcək.

ADA Orta Məktəbi isə 2026-cı ilin sentyabrında fəaliyyətə başlayacaq.

2025-ci ilin sentyabrından etibarən hazırki ADA Tam Orta Məktəbi ADA Kollecinə çevriləcək. ADA Kollecində təhsil 3 il olacaq. Təhsilini müvəffəqiyyətlə tamamlayan şagirdlər ADA Universitetinə birbaşa qəbul ediləcəklər və orada üçillik bakalavr təhsili alacaqlar.

ADA İbtidai Məktəbi - Təhsili ilə fərqlənən gələcək qəhrəmanların evi