Məzunlarımız

Məzunlarımız

ADA İbtidai Məktəbində bizim gənclər bir yola çıxırlar. Biz bu yolu qət etməkdə onlara kömək edirik. Onlara öyrənməyi öyrədirik. Onları daima sual verməyə, cavab axtarmağa, yaradıcı düşünməyə və qeyri-adi yanaşmaya sövq edirik. Biz çalışırıq onlar bir-biriləri ilə yaxından ünsiyyət qura bilsinlər. İstəyimiz budur ki, onlar öz dünyalarından çıxıb başqaları ilə dostluq, əməkdaşlıq etsinlər. Biz onları qayğıkeş bir vətəndaş kimi görürük. Getdikləri yolun sonuna çatanda bizim məzunlar dəyər və bacarıq toplusunun təcəssümü olacaqlar.