Qəbul

Qəbul prosesi

ADA İbtidai Məktəbinə qəbul elan olunur. Sənəd qəbulu 30 iyun 2024-cü ilə kimi davam edəcək.

ADA İbtidai Məktəbi onlayn müraciət forması

Qəbul üçün müvafiq ərizəni doldurun və aşağıdakı sənədləri təqdim edin:

  • Şəxsiyyət vəsiqəsi
  • Doğum haqqında şəhadətnamə
  • Foto (3x4)
  • Ərizə rüsumu: 50 AZN (ancaq onlayn ödənilə bilər)

Təhsil haqqı və xərclər

ADA İbtidai Məktəbində illik ödəniş 15,000 AZN təşkil edir. Onun 12,500 AZN təhsil haqqı, 2,500 AZN isə yemək haqqıdır.

Yemək Xidməti. Biz sağlam qida tərəfdarıyıq. Məktəbdə verilən yeməyin keyfiyyəti vacibdir. Bu yemək təbii yolla yetişdirilmiş qida olmalıdır. Yemək mədəniyyəti də təhsilin bir hissəsidir. Biz dost və sinif yoldaşları olaraq bir masa arxasında oturub, bərabər çörək kəsməyi erkən yaşlarımızdan öyrənirik. Hər gün yediyimiz yeməyin nə qədər zəhmətlə yetişdirildiyini görürük. Kəsdiyimiz çörəyə hörmət etməyi öyrənirik. Yemək aramızda fərq yaratmır, çünki hamımız eyni yeməyi yeyirik. "Yaşıl ADA"da yemək öyrənməyin bir yoludur – bərabərlik, hörmət, bölüşmək, qiymət vermək, dərk etmək və anlamaq yolu.

Məktəb forması. Şagirdlərimiz dövlət məktəblərində geyinilən məktəb formasını geyinir. Məktəb formasının dəsti və rəngləri barədə valideynlərə qabaqcadan məlumat veriləcək. Məktəb formasını birbaşa satış məntəqələrindən almaq olar.

Bizimlə əlaqə

Sualınız var? Bizimlə elektron poçt ünvanı və ya mobil nömrələrimiz vasitəsilə əlaqə saxlayın.

Əlaqə: (+994 12) 437 32 35 (#2)

E-mail: school@ada.edu.az