Bachelor of Science in Mathematics
Tələbə riyazi analiz, həqiqi və kompleks dəyişənli funksiyalar nəzəriyyəsi, cəbr, topologiya, diferensial həndəsə, funksional analiz, ehtimal nəzəriyyəsi və statistika, diferensial tənliklər, hesablama üsulları, optimallaşdırma nəzəriyyəsi və digər klassik riyaziyyat sahələrini özündə cəmləşdirən ciddi riyazi təhsil alır. İxtisaslaşma istiqamətlərini seçməklə yalnız riyaziyyat sahəsində tədqiqatçı kimi deyil, həm də informasiya texnologiyalarının tətbiq sahələrində proqramçı və İT mütəxəssisi, verilənlərin analizi üzrə mütəxəssis və təhsil müəssisələrində pedoqoji fəaliyyətlə məşğul ola biləcəksiniz. Bu istiqamətlər üçün iş bazarında olan tələblər daim artmaqdadır.