ADA
Kampus

Təhsil və Əməkdaşlıq

Öyrənmək və əməkdaşlıq etmək üçün bir çox məkanımız var: həm fərdi, həm də qrup şəklində. Komanda işini və əməkdaşlığı təşviq etmək üçün kampusda çoxsaylı qrup iş otaqları və istirahət otaqları var. Konfrans otaqları insanları bir araya gətirir, onları yeni ideyalar və həll yolları axtarışında müzakirələrə cəlb edir. Professor-müəllim heyətinin ofisləri dərs saatlarından əlavə tələbə və müəllimlərin qarşılıqlı əlaqəsinə imkan vermək üçün nəzərdə tutulmuşdur. Müsahibə otaqları potensial tələbələr ilə görüşmək üçün tələbə qəbulu mütəxəssislərinin, təcrübə və iş imkanları barədə tələbələrimizlə müsahibə aparmaq  üçün işəgötürənlərlərin ixtiyarındadır.