ADA
Kampus

Kitabxana

ADA Universitetinin ticarət nişanı olan Kitabxanamız dörd mərtəbəli binadır. Bu həm virtual, həm də fiziki kitabxanadır. Ümumi tutumu təxminən 120.000 cildə çatdığı üçün Kitabxana ölkədə ən böyük xarici dil kolleksiyasına malik məkana çevrilib. Çap kitablarından başqa, bizim əhəmiyyətli elektron resurslara çıxışımız var. Kitabxana tam avtomatlaşdırılıb və inteqrasiya olunub.

Buranın dizaynı ənənəvi kitabxana qavrayışını üstələyir. Bizimki kitab anbarı deyil, 21-ci əsrin kitabxanasıdır. İstər əlinizdə kağızla qeydlər aparın, istər "Google" axtarışınızı edin. Kitabxanamız sizə hər iki təcrübəni yaşatdırır. ADA Universitetinin Kitabxanası yeni həyat tərzini təşviq edir: yaşamaq və təcrübə etməklə öyrənmək.

ADA Kitabxanasında qəhvə mağazası, tədris üçün sinif otaqları, komanda işləri üçün qrup iş otaqları, istirahət salonları, oxu otaqları, fərdi iş otaqları mövcuddur.