ADA
Kampus

Böyük Akt Zalı. C Binası

Akt Zalı ilk növbədə tədris və mühazirələr üçün nəzərdə tutulmuşdur. Kampus miqyaslı mühazirələr və tədbirlər burada keçirilir. Lakin biz həmçinin beynəlxalq konfranslar və konvensiyalara Akt Zalında ev sahibliyi etməyi planlaşdırırıq. Bura təxminən 250 qonağı yerləşdirməyə qadirdir və ən son audiovizual, videokonfrans texnologiyası ilə təchiz olunub. Dünyanın müxtəlif yerlərindən olan mühazirəçilər bizim Akt Zalında əyləşərək auditoriyaya mühazirə və çıxışlar etmək üçün qoşula bilər. Videokonfrans imkanları tələbələrimizə ölkə xaricindəki universitetlərdə həmyaşıdları ilə müzakirələr aparmağa imkan verir.

Tam təchiz olunmuş Nəzarət Otağı translyasiya və internet yayımı üçün seansları qeyd etməyə, həmçinin sinxron tərcüməni təmin etməyə imkan verir. Akt Zalının içərisində yüksək səviyyəli qonaqlarımızın çıxış etmək üçün səhnəyə çıxmazdan əvvəl qısa müddətdə hazırlanması üçün nəzərdə tutulmuş tam təchiz olunmuş Yaşıl Otağımız var. Ayrıca dəhliz və qapı Yaşıl Otağı səhnə ilə birləşdirir.

360