ADA
Kampus

Baş Assembleya

ADA-da hər birimiz Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Azərbaycanı təmsil edirik. Bu, xidmət etmək üçün öyrədildiyimiz bir məqsəddir. İctimai və Beynəlxalq Münasibətlər Fakültəsinin üçüncü mərtəbəsində yerləşən Baş Assambleya BMT Təhlükəsizlik Şurasının əsasında dizayn olunub və tikilib. Otağın ortasında 50-dən çox iştirakçının əyləşə biləcəyi oval formalı masa var. O, audiovizual və telekonfrans imkanları ilə tam təchiz olunub. Oturacaqlar Dədə Qorqud parkına baxan pəncərələr boyunca düzülmüşdür.                                                               
Baş Assembleya dərslər, mühazirələr, seminarlar, qonaq mərüzəçilərlə vorkşoplar və icra təhsil kursları üçün istifadə olunur. O, ictimai tədbirlərdən əvvəl və ya sonra qəbulların keçirilə biləcəyi geniş dəhlizə açılır. Baş Assambleya zəruri hallar üçün sinxron tərcümə ilə təchiz edilmişdir.          

360