ADA
Kampus

Music Studio

Tələbələrimizdə incəsənət və mədəniyyəti dəyərləndirmə hissini artırmağa çalışırıq. Ümumi təhsil kurikulumumuzun bir hissəsi olaraq biz milli və dünya musiqisi ilə bağlı dərslər təklif edirik.

Tələbələr tar, nağara, kamança və qarmon kimi milli musiqi alətləri, həmçinin pianino və skripkada ifa etməyi öyrənirlər. Tanınmış müəllimlər musiqi alətlərində ifa dərsləri təklif edirlər.


Musiqi Studiyası həm sinif otağı, həm də tamaşa zalı kimi dizayn edilmişdir. Burada biz musiqinin tarixi və təkamülü ilə bağlı dərslər keçir və mühazirələr veririk. Bəzən bizim tələbələrimiz və/yaxud məşhurlarımız bu səmimi konsert salonunda çıxış etmək üçün toplaşırlar. Musiqi Studiyasında təxminən 80 yer var.

360