ADA
Kampus

Tələbə Xidmətləri Salonu

Tələbə Mərkəzinin ikinci mərtəbəsində yerləşən bu salon ADA Universitetinin tələbə xidmətlərindən istifadə etmək üçün yararlıdır. Bura bir çox məqsədə xidmət edir. Tələbə Hökuməti də görüşlərini bu salonda keçirə bilər. Tələbə Xidmətləri Salonu masalar, stol və stullar, yumşaq oturacaqlarla təchiz edilmişdir. Rəflərdə ictimai istifadə üçün kitablar və dövri nəşrlər mövcuddur.