ADA

Akkreditasiyalar və Reytinq nəticələri

ADA Universiteti təhsildə mükəmməlliyi təmin edən, sürətlə inkişaf edən ali təhsil müəssisəsidir. Universitet 2006-cı ildə yarandığı gündən etibarən təqdim etdiyi akademik proqramların və xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq üçün durmadan fəaliyyət göstərir.

Milli akkreditasiya, qlobal universitetlər arasında olan reytinq siyahılarında yer alma və beynəlxalq sertifikatlar Universitetin akademik mükəmməlliklə bağlı götürdüyü öhdəliyi təcəssüm etdirir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən 2023/24-cü ildə mümkün olan ən yüksək balla yenidən akkreditasiyadan keçən ADA Universiteti hazırda “THE” (“Times Higher Education”) tərəfindən dərc edilən “Keyfiyyətli Təhsil” reytinqində ilk 200 ali təhsil müəssisəsi sırasındadır və dünya üzrə ABŞ-ın “Anthology” Təhsil və Tədqiqat Mərkəzi tərəfindən sertifikatlaşdırılan ilk qurumdur.

ADA Universiteti akademik araşdırmaları reytinqlərlə bağlı əldə etdiyi nailiyyətlərin əsas hissəsi kimi qiymətləndirir. Bunun nəticəsi olaraq Universitet bu yaxınlarda beynəlxalq səviyyədə tanınmış “QAA” (Ali Təhsilin Keyfiyyətinin Təminatı Agentliyi) tərəfindən akkreditasiya olunmaq üçün strateji layihəyə start verib.

Milli İnstitusional Akkreditasiya

ADA Universiteti Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurası tərəfindən akkreditasiya olunub.

Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının sonuncu iclasında Universitetin institusional akkreditasiya nəticəsi ən yüksək nəticə ilə “uyğundur” hesab edilib. İnsititusional akkreditasiya Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli KQ-05 nömrəli Qərarı ilə təsdiq edilmiş yeddi meyar (Strateji inkişaf, Keyfiyyət təminatı, Təlim və tədris, Elmi-tədqiqat, İdarəetmə sistemi, İnfrastruktur, Beynəlmiləlləşmə) əsasında aparılıb.

Universitet növbəti 5 il ərzində akkreditasiya edilib.

Sertifikat üçün bura daxil olun.

+

Biznes Fakültələri və Proqramları üzrə Akkreditasiya Şurası (ACBSP)

ADA Universitetinin biznes proqramları beynəlxalq "ACBSP" akkreditasiyası əldə edib.

“ACBSP” beynəlxalq akkreditasiyası liderlik, strateji planlaşdırma, maraqlı tərəflərlə əlaqələr, akademik proqramların keyfiyyəti, pedaqoji heyətin keyfiyyəti və akademik dəstək xidmətləri aspektləri kimi yeddi fərqli meyar üzrə çoxşaxəli qiymətləndirməni ehtiva edir.

+

Keyfiyyət Təminatı Agentliyi

ADA Universiteti Keyfiyyət Təminatı Agentliyi (“QAA”) ilə institusional akkreditasiya prosesinə başlayıb.

ADA Universiteti bu yaxınlarda “QAA” akkreditasiya prosesinin ikinci mərhələsini (“Scoping Stage”) tamamlayıb. Universitet “QAA” tərəfindən institusional akkreditasiya statusu almaq üçün daha iki mərhələni uğurla başa vurmalıdır. “QAA” akkreditasiyasından keçmək ADA Universitetinə hibrid kimliyini qoruyub saxlamağa - Azərbaycanın bir hissəsi kimi mənşəyinə və sürətli inkişafına sadiq qalaraq beynəlxalq miqyasda rəqabətədavamlı və tanınmış ali təhsil müəssisəsi kimi böyüməyə imkan verir.

+

“THE” Reytinqi

ADA Universiteti “THE” (“Times Higher Education”) tərəfindən 2023-də dərc edilən reytinq cədvəlinə daxil edilib.

1300-dən çox universitet arasından seçilən ADA Universiteti Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin dördüncüsü olan “Keyfiyyətli təhsil” üzrə reytinqdə ilk 200 ali təhsil müəssisəsi sırasında yer alıb.

SDG4 research
51.9
%grads w/teaching quals
97.4
Lifelong learning measures
81.3
% 1st gen students
52.1

“Anthology” Mükəmməllik Mərkəzi

ABŞ-nin “Anthology” Təhsil və Tədqiqat Mərkəzi ADA Universitetini “Mükəmməllik Mərkəzi” adına layiq görüb.

ADA Universiteti 2022-ci ildə “Anthology” tərəfindən dünyada “Rəqəmsal tədris və öyrənmə üzrə Mükəmməllik Mərkəzi” kimi sertifikatlaşdırılan ilk ali təhsil müəssisəsi olub. Bu sertifikasiya Universiteti “Anthology”nin regional tərəfdaşı və təlim-tədrisin rəqəmsal transformasiyasında lider kimi təsdiq edir, qabaqcıl təcrübələri Azərbaycanda və xaricdə fəaliyyət göstərən ali təhsil müəssisələri ilə bölüşür.

+