ADA

ADA MƏKTƏB YOLU

ADA İbtidai Məktəbi kəşf etmək, öyrənmək və yaşam tərzidir. Yaşıl bir parkın içində yerləşən bu məkan uşaqlarımıza böyük bir şəhərin tixacından , səs-küyündən kənarda təbiətlə iç-içə olmaq, fəal öyrənmə üçün dizayn edilmiş dəstəkləyici bir mühitdə öz həqiqi “Kimliklərini” kəşf etmk fürsəti verir.

Bizim ibtidai məktəb proqramımız şagirdə təhlükəsiz və qayğıkeş bir mühitdə özünəinam, özünü ifadə etmək, yaratmaq, ən əsası isə öyrənmək və inkişaf etmək istəyini reallaşdırmaq üçün imkanlar yaradır.

Sağirdlər ADA İbtidai Məktəbinə 6 yaşında qəbul olur və burada 10 yaşına qədər təhsil alırlar. Bizim proqram ADA Məktəb Yolunun bir hissəsidir. 3 pillədən ibarət olan bu yol övladlarımızı ibtidai təhsildən tam orta təhsilə və universitetə hazırlıq dövrünə kimi aparır.