ADA

Dövlət İdarəetməsi

Azərbaycan dilində dövlət idarəetməsi üzrə modul-əsaslı proqram 18 ay ərzində əyani və onlayn formada tədris olunacaq. Proqramın əyani dərsləri ADA Universitetinin Qazax Mərkəzində keçiriləcək. Tədrisin ilk ilində tələbələrə “Dövlət qulluqçuları üçün ingilis dili” dərsləri onlayn şəkildə aparılacaq. Bu tətbiqi proqramın əsasını dövlət qulluğunda uğurlu fəaliyyət üçün lazım olan biliklərlə yanaşı, tədqiqat, data əsaslı qərarvermə, maliyyə savadlılığı və kommunikasiya kimi praktiki bacarıqlar təşkil edir.