"İxtisas seçimində valideynlərin rolu"

"İxtisas seçimində valideynlərin rolu"

01.11.2019 16:00
Open to: Public
ADA University
İxtisas seçiminin təhsil karyeranızdakı rolundan xəbərdarsınızmı?

ADA Universiteti abituriyentləri və onların valideynlərini 1 noyabr tarixində "İxtisas seçimində valideynlərin rolu" mövzusunda keçiriləcək seminara qatılmağa dəvət edir.

Seminar zamanı Universitetin Təhsil fakültəsinin müəllimi Dr. Turanə Əliyeva ixtisas seçiminin əsas aspektlərinə, seçim zamanı diqqət edilməsi lazım olan vacib məqamlara və valideynlərin ixtisas seçimindəki roluna aydınlıq gətirəcək.

Seminar zamanı Universitetin qəbul şöbəsinin əməkdaşları ADA Universitetinə qəbul qaydaları barədə ətraflı məlumat verəcək.

Bu hələ son deyil!
Seminar zamanı həm də ADA Universitetinin tələbələri öz uğur hekayələrini, təcrübələrini paylaşacaq və "ADA"lı olmağın verdiyi həyəcanı sizinlə də bölüşəcəklər. Qeydiyyat: events@ada.edu.az
Əlavə məlumat: 012 437 32 35 dax. 130
  • Contacts: 012 437 32 35 dax. 130