ADA Universiteti sizi yanvar ayında keçiriləcək Fərdi İnkişaf Proqramına dəvət edir. Proqram üç fərqli istiqamətdə bilik və bacarıqlarını dərsdənkənar şəkildə təkmilləşdirməyi hədəfləyən X və XI sinif şagirdləri üçün nəzərdə tutulub. Fərdi İnkişaf Proqramı həftədə 1 dəfə olmaqla 4 həftə ərzində keçiriləcək (saat 16:00-dan 18:00-dək).
Proqram çərçivəsində Humanitar ixtisaslarla maraqlananlar ingilis dilində düzgün kommunikasiya və dinləmə bacarıqları, natiqliyin əsasları və akademik yazı bacarıqlarını inkişaf etdirmək fürsəti əldə edəcəklər.
İnformasiya Texnologiyaları ilə maraqlananlar proqram ərzində informatika, informasiya texnologiyaları, proqramlaşdırma, kompüter mühəndisliyi, tətbiqi riyaziyyat sahələri üzrə bilik və bacarıqlarını artıracaqlar.
Bu proqrama qoşulan iştirakçılardan özləri ilə kompüter gətirmələri xahiş olunur.
Biznes və İqtisadiyyat ixtisasları ilə maraqlananlar isə ingilis dilində düzgün kommunikasiya və dinləmə bacarıqlarını inkişaf etdirməklə yanaşı, liderlik və biznesin əsasları üzrə təməl biliklərə yiyələnəcəklər.
Ödənişsiz təlim 4 həftə davam edəcək və yalnız 4 həftəlik proqramı tam və uğurla bitirən iştirakçılar sertifikatla təltif olunacaqlar.
Humanitar ixtisaslar
9, 16, 23, 30 yanvar |16:00-18:00
İnformasiya Texnologiyaları və Kompüter elmləri
10, 17, 24, 31 yanvar |16:00-18:00
Biznes və İqtisadiyyat
10, 17, 24, 31 yanvar |16:00-18:00
Son müraciət tarixi: 8 yanvar
İştirakçı sayı: 40
Tədris dili: Azərbaycan/ingilis dili
Seçim motivasiya məktubu əsasında aparılacaq və yalnız seçilən iştirakçılarla əlaqə saxlanılacaqdır.
Qeydiyyat üçün keçid: https://bit.ly/2s9UrY8