X-XI Sinif Şagirdləri üçün Seminar: Maliyyəçi olmaq üçün nə etməli?
Open to: Public
ADA University
Özünüzü gələcəyin maliyyəçisi kimi görürsünüz? Bəs bunun üçün sizə hansı bilik və bacarıqlar lazımdır?
Bu sualı ADA Universitetinin baş müəllimi Orxan Nadirov cavablandıracaq.
Aprelin 18-i ADA kampusunda keçiriləcək seminarda karyerasını maliyyə sahəsində qurmaq istəyən 10-11-ci sinif şagirdlərini gözləyirik.