ADA
Events

Sərhədsiz riyaziyyatçılar dərslərinə qeydiyyat başladı

Sərhədsiz riyaziyyatçılar dərslərinə qeydiyyat başladı

Məktəblilərin səbirsizliklə gözlədiyi sərhədsiz riyaziyyatçılar dərslərinə qeydiyyat başladı.

Əgər siz də 9,10,11-ci sinif şagirdisinizsə və dəqiq elmlərə marağınız varsa, ADA Universitetində keçiriləcək riyaziyyat dərslərinə qeydiyyatdan keçmək üçün tələsin!

ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin Riyaziyyat ixtisasının müəllimi Yaqub Əliyev tərəfindən həftəiçi keçiriləcək dərslərdə iştirak edərək siz riyazi analitika və məntiqi təfəkkürünüzü inkişaf etdirəcək, nəzəri biliklərinizi praktika ilə birləşdirərək olimpiada səviyyəsində biliklərə yiyələnəcəksiniz.

  • Cost: Free
  • Contact:
Event type: Student