ADA Universitetinin təqdim etdiyi "Təhsildə Dialoq" layihəsində "İşıq" Təhsil İşçilərinin İnkişafına Dəstək ictimai birliyinin qurucusu və sədri Aynurə Abdullayeva "Azərbaycan ümumtəhsil məktəblərində inklüziv pedaqogika təcrübəsi" mövzusunda təqdimat edəcək.
Təqdimat zamanı Azərbaycanda ümumtəhsil məktəblərinin inklüziv siniflərində tədris edən müəllimlərin inklüziv öyrətmə bacarıqlarına dair müəllifin apardığı tədqiqatın nəticələri müzakirə ediləcək.
Aynurə Abdullayeva Xüsusi və inklüziv təhsil ixtisası üzrə Nottinqam Universiteti magistr məzunudur. Təhsil sahəsində on beş il orta məktəbdə müəllim, dörd il müxtəlif təhsil layihələrində təlimçi, iki il beynəlxalq təşkilatda təhsil mütəxəssisi olaraq fəaliyyət göstərmişdir.
Qeydiyyat:
ntarverdiyeva@ada.edu.az