ADA Məktəbi 2020-2021-ci tədris ili üzrə İngilis dili bölməsinə sənəd qəbulu elan edir.
Müraciət etmək üçün namizədlərin elektron Ərizə formasını (www.ada.edu.az/apply) 15 avqust tarixinədək doldurması tələb olunur.
Müraciət etmək üçün tələblər
* Namizədlər IX və ya X sinif şagirdi olmalı
* DİM tərəfindən keçirilən IX siniflər üçün buraxılış imtahanında riyaziyyat üzrə topladığı balı minimum 60 olmalıdır
*Əlavə olaraq, namizədlərdən “Duolingo English” ( https://englishtest.duolingo.com/home) imtahanından minimum 60 bal toplamaları tələb olunur.
Elektron Ərizə formasının doldurulma qaydalarını videodan (https://www.youtube.com/watch?v=2dk2B0pSVsI) öyrənə bilərsiniz.
Əlavə sualınız varsa bizə e-mail vasitəsilə (school@ada.edu.az) yazın və ya telefon ilə (050 254 0773) müraciət edin.