Kapital Bank ADA Universiteti tələbələrinə xüsusi şərtlərlə “BirKart” təklif edir

Kapital Bank ADA Universiteti tələbələrinə xüsusi şərtlərlə “BirKart” təklif edir

18.03.2021

“ADA-lı”lara əla xəbər!

Kapital Bank ADA Universitetinin tələbələrinə xüsusi şərtlərlə “BirKart” məhsulunu təklif edir. Şərtlərə əsasən, ADA tələbəsi limiti 300 AZN olan istənilən “BirKart” məhsulunu pulsuz əldə edə bilər.

Təklif ilə bağlı digər şərtlər:

  1. Tələbə minimum 18 yaşına çatmalı;
  2. Kapital Bankda mənfi kredit tarixçəsinə malik olmamalı;
  3. Mərkəzi Kredit Reyestrində (MKR) öhdəliklər üzrə aktiv gecikməsi olmamalı.

“BirKart” nədir?

“BirKart” Kapital Bankın təqdim etdiyi, faizsiz və komissiyasız taksit imkanı verən unikal kartdır. “BirKart”ın 4 növü var: “BirKart taksit”, “BirKart Cashback”, “BirKart Miles” və “BirKart Umico”.

“BirKart” bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan “cashback” imkanı və pulsuz SMS məlumatlandırma xidməti. “BirKart”ın ölkə üzrə 7500-dən çox tərəfdaş şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

"BirKart" necə əldə etmək olar?

  • 8196 qisa nömrəsinə 1 yazıb göndərərək
  • www.birkart.az və ya www.kapitalbank.az saytından online şəkildə sifariş verərək
  • Kart mərkəzi filialları
  • İstənilən Kapital Bank filiallarına yaxınlaşaraq
  • BirKart BOKT