ADA Universitetinin bakalavr pilləsinə SAT imtahanları ilə qəbul olmuş abituriyentlərdən 15 iyul 2022-ci il saat 13:00-a qədər sənədlərini tam şəkildə təqdim edərək qeydiyyatdan keçmələri tələb olunur. Abituriyentin qeydiyyatdan keçməməsi təhsil almaqdan imtina kimi qiymətləndirilir.
İlk öncə, qeydiyyat qaydalarının ətraflı izahı ilə tanış olun. Əlaqə məlumatları da aşağıdakı sənəddə, yəni qeydiyyat qaydalarında göstərilmişdir.
TƏLƏBƏ MÜQAVİLƏLƏRİ (ixtisasınıza uyğun müqaviləni seçin)
-Tələbə müqaviləsi (Riyaziyyat, Kompüter elmləri, Kompüter mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi və ya İnformasiya Texnologiyaları ixtisası)
-Tələbə müqaviləsi (Beynəlxalq münasibətlər, Kommunikasiya və rəqəmsal media və ya Dövlət və İctimai münasibətlər ixtisası)
ƏLAVƏ SƏNƏDLƏR:
Qeydiyyatınızı tamamladıqdan sonra sizin ADA Universitetinin onlayn xidmətlərindən istifadə üçün məlumatlarınız veriləcəkdir. ADA e-malinizi açdıqdan sonra onu mütəmadi yoxlayın. Yeni tədris ili 5 sentyabr, 2022-ci ildə başlayacaqdır. Dərslərə qeydiyyatla bağlı məlumat ADA e-mailinizə göndəriləcəkdir.
Bütün yeni tələbələr aşağıdakı sosial media hesablarına qoşulmalıdırlar: