ADA
News

ADA Universiteti “Bir Müəllimin Manifesti” təhsil proqramının 2022-2023-cü tədris ilində iştirak üçün qəbul elan edir

ADA Universiteti “Bir Müəllimin Manifesti”  təhsil proqramının 2022-2023-cü tədris ilində iştirak üçün qəbul elan edir

Artıq ikinci ildir ki,  “Bir Müəllimin Manifesti”  təhsil proqramı ADA Universiteti tərəfindən həyata keçirilir.

İki semesterdən ibarət olan “Bir Müəllimin Manifesti” ixtisasartırma proqramı yerli və xarici professor-müəllim heyəti tərəfindən keçiriləcəkdir. Akademik ingilis dili və Təhsil məqsədləri üçün İngilis dili dərsləri istisna olmaqla bütün dərslər Azərbaycan dilində tədris olunacaqdır.

Proqram əyani və onlayn formatda aparılacaqdır. Əyani formatda proqram ADA Qazax Mərkəzində, ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində keçiriləcəkdir.

Proqramın həm Azərbaycan, həm də ABŞ-da tədrisi iki əsas hissədən ibarətdir:

  1. Akademik İngilis dili
  2. Təhsil məqsədləri üçün İngilis dili (English for Educational Purposes)
  3. Təlim və Tədrisin Təşkili
  • Müasir Təlim və Tədrisin Əsasları (Fundamentals of Contemporary Teaching and Learning)
  • Təlim və Tədrisin Təşkili (Designing of Teaching and Learning)

Yuxarıda qeyd olunan fənlərin tədrisi əyani və onlayn şəkildə ADA Universiteti Bakı və ADA-nın Qazax Mərkəzində oktyabr ayından başlayaraq ayda 2 həftəsonu (4 tam gün) əyani şəkildə, digər vaxtlar isə ADA Universitetinin Blackboard öyrənmə platforması üzərindən onlayn həyata keçiriləcəkdir.

Vaşinqton Proqramı

Proqramın ABŞ-da keçiriləcək hissəsi 8 həftə müddətinə tamamilə əyani və ingilis dilində nəzərdə tutulmuşdur (fevral-mart, aprel-may).

Proqramın ABŞ-da keçiriləcək hissəsi 2023-cü ilin yaz sessiyasına planlaşdırılıb. Tarixlər haqqında ətraflı məlumat qruplara bildiriləcək.

Bu müddət ərzində proqram iştirakçıları yüxarıda qeyd olunan dərslərdən əlavə,  ADA Universitetinin Vaşinqton Mərkəzində təşkil olunacaq seminar, mühazirə və konfranslarda iştirak edəcək, müxtəlif yerli məktəb, kollec və universitetlərə səfər edəcəklər. Həmçinin, onlar Vaşinqtonda keçirilən tədbirlərdə iştirak edəcək, muzey və mədəniyyət abidələrində ziyarət edəcək, ingilis dilini təkmilləşdirəcək və ABŞ-ın təhsil sisteminin nailiyyətlərilə tanış olacaqlar. 

Təlim proqramını uğurla başa vuran iştirakçılar sertifikat ilə təltif olunacaqlar.

İştirak üzrə tələblər və seçim meyarları:

  • Bakı və Sumqayıt şəhərləri istisna olmaqla, Azərbaycanın digər şəhər və rayonlarında işləyən orta məktəb müəllim və direktorları;
  • Ən azı 3 (üç) il fənn sahələrin tədrisində pedaqoji təcrübəsi olan orta məktəb müəllim və direktorları;
  • İngilis dili bilikləri orta səviyyədə (intermediate) olmalıdır. İngilis dili biliklərini təsdiq edən minimum TOEFL 44-49/ IELTS 5/ Duolingo 75 beynəlxalq imtahan nəticələri olanlar müvafiq sənədi təqdim etməlidirlər. Namizədlərin ingilis dili səviyyəsi, həmçinin ADA Universitetinin İngilis Dili proqramının keçirdiyi test vasitəsilə də müəyyən edilə bilər.
  • Yekun seçim müsahibə əsasında aparılacaqdır və yüksək göstəricilər nümayiş etmiş 30 iştirakçı seçiləcəkdir.
  • Seçim nəticələri oktyabrın 10-dək açıqlanacaqdır.

Namizədlərin və proqram iştirakçılarının seçim prosesi:

  • Namizədlərin müraciət ərizə formaları ilkin mərhələdə dəyərləndiriləcəkdir.
  • Yekun seçim müsahibə əsasında aparılacaqdır.
  • Proqramın ABŞ komponentində tədris almaq üçün proqramda nəzərdə tutulan bütün tələblərə riayət edən, yüksək fəallıq göstərən, yerli proqramda və xüsusilə yekun ingilis dili imtahanında ən yüksək bal toplayan 20 iştirakçı seçiləcəkdir.

Tələb olunan sənədlər:

  1. Tərcümeyi-hal
  2. Ərizə forması
  3. Şəxsiyyət vəsiqəsinin surəti

Maraqlanan namizədlər sənədləri 19 sentyabr 2022-ci il tarixinədək bmm@ada.edu.az  elektron ünvanına göndərə bilərlər.

ADA Universiteti sınanmış təcrübəsini regionlarla bölüşməkdən qürur duyur və özünü belə bir layihədə görməyə hazır olan namizədləri gözləyir.

Category: University