Qazax Müəllimlər Seminariyası /ADA Universiteti Qazax Mərkəzi İngilis dili səviyyəsini inkişaf etdirmək istəyən müəllimlər üçün intensiv ingilis dili proqramı üçün qəbul elan edir.
Bu proqram ADA Universitetinin yüksək ixtisaslı müəllim heyəti tərəfindən həyata keçiriləcək.
İnkişaf proqramı əyani və onlayn formada həyata keçiriləcək. Dərslər (Akademik məqsədlər üçün İngilis dili – English for Academic Purposes) cari ilin iyun ayından başlayaraq ADA Universitetinin "Blackboard" öyrənmə platforması üzərindən onlayn (10 gün), Qazax Müəllimlər Seminariyası/ADA Qazax Mərkəzində və ADA Universiteti kampusunda hər birində 10 gün olmaqla əyani şəkildə təşkil olunacaq.
Proqramın müddəti: 10 iyun 2024 – 20 iyul 2024
Proqram ödənişli əsaslarla həyata keçirilir: Ümumi məbləğ 600 AZN təşkil edir.
Proqramı uğurla başa vuran iştirakçılar sertifikatla təltif olunacaqlar.
İştirak üzrə tələblər və seçim meyarları:
Namizədlərin və proqram iştirakçılarının seçim prosesi:
Proqramın yekun imtahanında yüksək nəticə göstərmiş (ən azı 80 faiz və daha yuxarı) iştirakçılar 2024–2025-ci tədris ili üçün “Bir Müəllimin Manifesti” təhsil və liderlik proqramına birbaşa qəbul olunacaqdır. Yekun say müsabiqə yolu ilə müəyyənləşdiriləcəkdir.
Tələb olunan sənədlər:
Şəxsiyyət vəsiqəsinin surəti
İngilis dili sertifikatları (əgər varsa)
Sənədlər 29 may 2024-cü il tarixinədək qəbul olunacaq. Əlaqə üçün: bmm@ada.edu.az
Qeyd: Onlayn ərziəni tam doldurmayan namizədlərin müraciətinə baxılmayacaq.
ADA Universiteti sınanmış təcrübəsini Azərbaycanın regionları ilə bölüşməkdən qürur duyur!