ADA Universitetinin bakalavr pilləsinə "IB" nəticələri ilə müraciət etmiş və gözləmə siyahısında olan namizədlərin qeydiyyatı

ADA Universitetinin bakalavr pilləsinə "IB" nəticələri ilə müraciət etmiş və gözləmə siyahısında olan namizədlərin qeydiyyatı

03.07.2024

ADA Universitetinin bakalavr pilləsinə IB nəticələri ilə müraciət etmiş namizədlərin qeydiyyatı açıq elan edilir. Qeydiyyat 5 avqust, 2024-cü il, saat 10:00-dan etibarən başlayacaq. Abituriyentlər 8 avqust, 2024-cü il, saat 13:00-a qədər sənədləri ADA Universitetinə tam şəkildə təqdim edərək qeydiyyatdan keçməlidirlər.

İlk öncə, qeydiyyat qaydalarının ətraflı izahı ilə tanış olun. Əlaqə məlumatları da aşağıdakı sənəddə, yəni qeydiyyat qaydalarında göstərilmişdir.

Qeydiyyatınızı tamamladıqdan sonra sizin ADA Universitetinin onlayn xidmətlərindən istifadə üçün məlumatlarınız elektron ərizə formasında qeyd etdiyiniz e-mail ünvanına göndəriləcəkdir. ADA e-malinizi açdıqdan sonra onu mütəmadi yoxlayın. Yeni tədris ili 9 sentyabr, 2024-cü ildə başlayacaqdır. Dərslərə qeydiyyatla bağlı məlumat ADA e-mailinizə göndəriləcəkdir.

Qeydiyyat qaydaları

Tələbə müqavilələri (ixtisasınıza uyğun müqaviləni seçin)

-Tələbə müqaviləsi (Riyaziyyat, Kompüter elmləri, Kompüter mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi və ya İnformasiya Texnologiyaları ixtisası) 

-Tələbə müqaviləsi (Biznesin idarə edilməsi və ya İqtisadiyyat ixtisası) 

-Tələbə müqaviləsi (Maliyyə ixtisası)

-Tələbə müqaviləsi (Beynəlxalq münasibətlər, Kommunikasiya və rəqəmsal media və ya Dövlət və İctimai münasibətlər ixtisası)

-Tələbə müqaviləsi (Hüquqşünaslıq ixtisası)

-Tələbə müqaviləsi (Kənd təsərrüfatı texnologiyaları və ya Qida texnologiyaları ixtisası) 

-Tələbə müqaviləsi (Memarlıq və ya Dizayn ixtisası) 

Əlavə keçidlər:

Ödəniş forması

Onlayn ödəniş üçün keçid

Onlayn ödəniş üçün təlimat 

Bütün yeni tələbələr aşağıdakı sosial media hesablarına qoşulmalıdırlar:

Facebook: https://www.facebook.com/ADAStudentLife  

Instagram: https://www.instagram.com/adauniversitylife/