ADA Universitetinin bakalavr pilləsinə DİM qəbul imtahanı nəticəsi ilə qəbul olmuş tələbələrin qeydiyyatı

ADA Universitetinin bakalavr pilləsinə DİM qəbul imtahanı nəticəsi ilə qəbul olmuş tələbələrin qeydiyyatı

27.08.2024

ADA Universitetinin bakalavr pilləsinə DİM qəbul imtahanı nəticəsi ilə qəbul olmuş tələbələrin qeydiyyatı açıq elan edilir.

Qeydiyyat 28 avqust 2024-cü il, saat 10:00-dan etibarən başlayacaq. Tələbələr 6 sentyabr 2024-cü il, saat 17:00-dək sənədlərini ADA Universitetinə tam şəkildə təqdim edərək qeydiyyatdan keçməlidirlər.

ADA Universitetində sentyabrın 6-sı Tanışlıq günü, sentyabrın 9-u isə ilk dərs günüdür. Bu səbəbdən də tələbələrin sentyabrın 4-dək ADA Universitetində qeydiyyatdan keçmələri tövsiyə olunur.

Qeydiyyat prosesi 3 mərhələdən ibarətdir:

1. Qeydiyyat öncəsi
2. Qeydiyyat
3. Qeydiyyat sonrası

1. Qeydiyyat öncəsi mərhələ

- Elm və Təhsil Nazirliyinin portalında qeydiyyatdan keçin. Qeydiyyat 28 avqust tarixində portal.edu.az veb-səhifəsində açıq elan olunacaq. Portal qeydiyyatı ilə bağlı təlimat həmin vebsaytda yerləşdiriləcək. Sualınız yaranarsa, Elm və Təhsil Nazirliyinin qaynar xətti ilə (146) əlaqə saxlaya bilərsiniz.

- ADA Universitetinin elektron ərizə formasını doldurun. Elektron ərizə formasını doldurmaq üçün ada.edu.az veb-səhifəsinə daxil olmalısınız. Ərizə formasının doldurulması qaydalarını burada izləyin.

2. Qeydiyyat mərhələsi

Portal qeydiyyatını və ADA Universitetinin elektron ərizə formasını tamamladıqdan sonra sənədlərinizi ADA Universitetinə təqdim edə bilərsiniz. 28 avqust 2024-cü il saat 10:00-dan 6 sentyabr 2024-cü il saat 17:00-dək (13:00- 14:00 nahar fasiləsi) aşağıda göstərilmiş sənədləri ADA Universitetinə təqdim etməklə qeydiyyatdan keçə bilərsiniz.

Qeydiyyata gələrkən nəzərə alınmalıdır:

  • ADA Universitetinə sənəd qəbuluna yalnız tələbə və onun valideynləri buraxılacaq
  • Tələbənin qeydiyyata şəxsən gəlməsi mütləqdir
  • Tələbənin 18 yaşı tamam olmadığı halda həm tələbə, həm də hər iki valideyn qeydiyyata gəlməlidirlər
  • Tələbənin 18 yaşı tamam olmadığı halda valideynin biri qeydiyyata gələ bilmirsə, müqavilənin hər iki nüsxəsində imzasının olması kifayətdir. Qeydiyyata gəlməyən valideyn müqaviləyə imza ata bilmirsə, digər valideynə müqaviləyə onun əvəzinə imza atması üçün etibarnamə verə və ya daha sonra gəlib imzalaya bilər
  • Sənədlər kağız şəklində və tam gətirilməlidir. Tam sənədləri təqdim etməyən tələbələrin qeydiyyatı tamamlanmayacaq
  • Təhsil haqqı ödənişi nəğd şəkildə qəbul edilmir. Qeydiyyata gəlməzdən əvvəl ödənişi edilməlidir
  • Həftə sonları qeyri-iş günləri hesab olunur və qeydiyyat aparılmır

Qeydiyyat üçün lazımi sənədlər: 

  • Attestatın əsli (olduğu halda)
  • Tələbənin şəxsiyyət vəsiqəsinin surəti (hər iki üzü)
  • Tələbə müqaviləsi (aşağıda yerləşdirilmişdir) 
  • Hərbi bilet
  • Hər iki valideyn və ya rəsmi qəyyumun şəxsiyyət vəsiqələrinin surəti (tələbənin 18 yaşı olmadığı halda)
  • Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti (tələbənin 18 yaşı olmadığı halda)
  • Ödəniş qəbzi: ödəniş məbləği burada

Ödəniş 2 yolla aparılır:

1. İstənilən banka yaxınlaşaraq ödəniş formasını təqdim etməklə nəğd şəkildə 
2. https://online.ada.edu.az/payment/ keçidinə daxil olaraq elektron qaydada (elektron qaydada ödəniş etməzdən əvvəl isə təlimatı izləyə bilərsiniz)


Qeyd: Ödənişlərin hesabımıza həmin gün daxil olması üçün məbləği onlayn və ya PAŞA Bankda
etməyiniz tövsiyə olunur. Digər hallarda ödənişlər 2-3 iş günü ərzində hesabımıza mədaxil olacaqdır.

Tələbə müqavilələri (ixtisasınıza uyğun müqaviləni seçin)

-Tələbə müqaviləsi (Riyaziyyat, Kompüter elmləri, Kompüter mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi və ya İnformasiya Texnologiyaları ixtisası) 
-Tələbə müqaviləsi (Biznesin idarə edilməsi və ya İqtisadiyyat ixtisası) 
-Tələbə müqaviləsi (Maliyyə ixtisası)
-Tələbə müqaviləsi (Beynəlxalq münasibətlər, Kommunikasiya və rəqəmsal media və ya Dövlət və İctimai münasibətlər ixtisası)
-Tələbə müqaviləsi (Hüquqşünaslıq ixtisası)
-Tələbə müqaviləsi (Kənd təsərrüfatı texnologiyaları və ya Qida texnologiyaları ixtisası) 
-Tələbə müqaviləsi (Memarlıq və ya Dizayn ixtisası) 

Qeyd: Qəbul olduğunuz ixtisasa uyğun müqavilə iki nüsxədə çap olunmalı və imzalanmalıdır. Tələbənin 18 yaşı olmadığı halda müqavilə hər iki valideyn və ya rəsmi qəyyum tərəfindən imzalanmalıdır. Tələbənin 18 yaşı tamam olduğu halda valideynlərin müqaviləni imzalamalarına ehtiyac yoxdur. 

3. Qeydiyyat sonrası mərhələ

 

Qeydiyyat prosesi ilə bağlı daha ətraflı məlumat üçün təqdimata baxa bilərsiniz.

Əlaqə:
E-poçt: bachelors@ada.edu.az
Telefon: 012 437 32 35 (daxili nömrələr: 328, 130, 291)

Yeniliklərdən xəbərdar olmaq üçün ADA Universitetini və onun tələbələrlə bağlı səhifələrini sosial mediada izləmək tövsiyə olunur.

Facebook: 
@ADAUniversity 
@ADAStudentLife  

Instagram: 
@ada.university
@adauniversitylife