Firidun bəy Köçərli adına II Regional Pedaqoji İnnovasiyalar Forumu

Firidun bəy Köçərli adına II Regional Pedaqoji İnnovasiyalar Forumu

25.01.2025

ADA Universiteti Qazax Mərkəzi II Regional Pedaqoji İnnovasiyalar Forumuna sənəd qəbulu elan edir. 
Forum tanınmış maarifçi, Qazax Müəllimlər Seminariyasının banisi Firidun bəy Köçərliyə və onun timsalında müəllimlik peşəsinə həsr olunur və hər il 26 yanvarda - onun anadan olduğu tarixdə keçirilməsi planlaşdırılır.
Pedaqoji İnnovasiyalar Forumu Qazax Müəllimlər Seminariyasının tarixi ənənəsinə sadiq qalmaqla, maarifçilik hərəkatının varisliyini təmin edərək təhsil sisteminin modernləşdirilməsi və keyfiyyətinin artırılmasına töhfə vermək məqsədi daşıyır. Forum Azərbaycanın regionlarında işləyən müəllimlərin qabaqcıl pedaqoji təcrübələrini bölüşmələri üçün platforma yaratmaq məqsədi daşıyır. 
Pedaqoji İnnovasiyalar Forumunda liderlik, keyfiyyətin təminatı, qiymətləndirmənin təşkili, planlaşdırma, distant, inklüziv və xüsusi təhsil idarəçiliyi, peşə təhsili və s. mövzularda geniş panel müzakirələri, təcrübə mübadiləsi kimi fərdi təqdimatlar yer alacaqdır.
Forum aşağıdakı mövzular üzrə təcrübədən keçmiş pedaqoji yeniliyin (ideyaların aydın şəkildə təsvirinin) qəbulunu elan edir:

  • Təlim və tədrisin təşkilində tənqidi təfəkkür və yaradıcılığı inkişaf etdirən üsülların tətbiqi
  • Müasir məktəb idarəçiliyi: əməkdaşlıq, kommunikasiya
  • Peşəkar inkişafın tədrisin keyfiyyətinin artırılmasında rolu
  • Məktəblərdə Azərbaycan dili və ədəbiyyatı dərslərinin tədris  keyfiyyətinin yüksəldilməsinin praktiki yolları

Qeyd: Tətbiq olunmuş pedaqoji yeniliyin  təsvirinin təqdim edilməsi foruma qeydiyyatdan keçmək üçün əsas hesab olunmur. Forumda iştirak etməyi planlaşdıran hər kəs qeydiyyat prosesini tamamlamalıdır.  

Pedaqoji yeniliyin təqdimatı:
Təqdimatı aşağıda təqdim olunan şərtlərə uyğun tərtib edib e-poçtun mövzu hissəsində adınızı qeyd etməklə 23 dekabr 2024-cü il tarixinədək  bmm@ada.edu.az elektron poçt ünvanına göndərin.
Təqdim olunan sənəddə aşağıdakılar göstərilməlidir:

  • başlıq, tam adı (adları)
  • aid olduğunuz müəssisənin adı
  • cari vəzifəniz
  • e-poçt ünvanı

Təqdimat üçün təlimatlar:

  • Pedaqoji yeniliyin təsvirinin forum mövzularından biri ilə əlaqəsi aydın şəkildə izah edilməlidir
  • Təqdim olunan pedaqoji yenilik metodiki təcrübəyə əsaslanmalıdır 
  • Təsvirin mütləq şəkildə - təsvir, təhlil və tövsiyələr komponentləri olmalıdır
  • Təcrübənin təhlili müsbət və təkmilləşdirilməli məqamların müəyyənləşdirilməsini əhatə edir. Təhlildə isə verilənlərdən istifadə olunaraq ideyalara üstünlük veriləcək
  • Təhlildən irəli gələn təkliflər olmalıdır. Təkliflər konkret və həyata keçirilə bilən olmalıdır
  • Təsvir “Word” formatında, “Times New Roman” - 12 şrift ölçüsü ilə, 
    maksimum 500 sözdən ibarət olmalıdır 
  • Söz limitini keçən təqdimatlar seçimə buraxılmayacaqdır 
  • Eyni mövzu ilə bir neçə təqdimatçı ola bilər

Təqdim olunmuş pedaqoji yenilik təsvirlərinin dəyərləndirilməsi üçün meyarlar:

  1. Uyğunluq: Təqdim olunmuş mövzunun forumun mövzusu ilə əlaqəli olması 
  2. Təcrübə və təhsil əsaslı: təqdim olunan pedaqoji yeniliyin təcrübi əsasları və məntiqi təhlilinin olması
  3. Nəticə: Əldə edilmiş nəticənin ümumilikdə təhsilin təkmilləşməsinə töhvəsinin izah olunması
  4. Praktiklik: Pedaqoji yeniliyin  tətbiqindən irəli sürülən təkliflərin icrasının mümkün olması
  5. Yazı üslubu: elmi meyarlar, fikir vahidliliyi, fikir axıcılığı, əsaslandırma da daxil olmaqla dil normalarına riayət olunması

Təqdim olunmuş işlər Forumun İcraçı Komitəsi tərəfindən  yuxarıda qeyd olunan meyarlar əsasında dəyərləndiriləcək və seçim aparılacaq.
Ən maraqlı və orijinal pedoqoji ideyaların müəllifləri ADA Universitetinin Beynəlxalq Təhsil Konfransında işlərini təqdim etmək imkanı qazanacaqlar.

Qeydiyyat və iştirak üzrə tələblər və seçim meyarları:

  • Bakı və Sumqayıt şəhərləri istisna olmaqla, Azərbaycanın digər şəhər və rayonlarında işləyən orta məktəblərin müəllim və  direktorları
  • İştirakçı sayı 100 nəfər nəzərdə tutulub, onlyan şəkildə ilk qeydiyyatdan keçən 100 nəfərin iştirakı sistem tərəfindən qəbul olunacaqdır. Konfransda iştirak etmək üçün 20 AZN məbləğində qeydiyyat ödənişi tətbiq olunacaq
  • Foruma qeydiyyat üçün son tarix 16 dekabr 2024-cü ildir

Onlayn Ərizə forması.

Əlaqə
Suallarınızı: bmm@ada.edu.az  elektron poçt ünvanına göndərə bilərsiniz.