ADA
Events

“Mən Hüquqşünasam” Mövzusunda Təlim

“Mən Hüquqşünasam” Mövzusunda Təlim

Gələcəyin hüquqşünası və qanun keşikçisi olmaq istəyənlər 27 apreldə (17:00) keçirəcəyimiz təlimdə ölkənin tanınmış vəkil və hakimləri ilə bir araya gələcəklər.

“Mən hüquqşünasam” təliminə qoşulmaqla həm peşəkar vəkil və hakimlərin bilik və təcrübələrindən yararlana, həm də ADA Universitetinin hüquqşünaslıq ixtisasının professor-müəllim heyəti ilə tanış ola bilərsiniz.

Çıxışçılar:
- Rəşad İbadov, ADA Universitetinin Hüquq proqramının direktoru
- Nazlı Əhmədova, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Apeks Advayzers” hüquq şirkətinin təsisçisi
- Mahir Abbasov, Azərbaycan Respublikası Baş Prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi
- Vidadi Cəfərov, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi, Cinayət kollegiyasının sədri

Qeydiyyat üçün “QR” kodu oxudun və ya events@ada.edu.az e-poçtuna yazın.

  • Cost: Free
  • Contact: events@ada.edu.az
Event type: Admission