ADA
News

Magistratura Namizədləri üçün Onlayn İngilis Dili Kursları

Magistratura Namizədləri üçün Onlayn İngilis Dili Kursları

Bildiyiniz kimi, ADA Universitetində təhsil ingilis dilindədir və buna görə də magistraturaya müraciət zamanı akademik ingilis dili biliyinizi təsdiq edən sənəd (6.5 bal IETLS Academic/83 bal TOEFL  və ya 105 bal Duolingo) əsas tələblərdən biridir.

Akademik məqsədlər üçün onlayn ingilis dili kursları da məhz ADA-da magistratura təhsili almaq istəyən, lakin ingilis dili bilikləri lazımi səviyyədə olmayan namizədlər üçün nəzərdə tutulub.

Kursa başlamaq üçün namizəd minimum 5.5 bal IETLS Academic/ 62-70 bal TOEFL səviyyəsində ingilis dili biliklərinə malik olmalıdır. Mart ayında başlayacaq kurslara qoşulmaq üçün namizədlər fevralın sonunda ADA-da daxili səviyyə testindən keçəcəklər. Yalnız tələb olunan səviyyədə ingiliscə bilən namizədlər kursa başlaya biləcəklər. Kursu uğurla tamamlayan və sertifikat alan namizədlərdən IETLS və ya TOEFL nəticələri tələb olunmur.

Cədvəldən də görəcəyiniz kimi, dərslər iki fərqli səviyyədə keçirilir. Birinci mərhələdə kurs sizi IETLS 5.5 səviyyəsindən IETLS 6.0 səviyyəsinə çatdırır. Kursun keçirilmə saatları və günləri də iki fərqli formatda hazırlanıb. Tələbələr üçün daha çox uyğun olan həftəiçi səhər dərsləri, işləyən namizədlər üçün isə həftəsonu və axşam dərsləridir.

Birinci mərhələdə kursun formatı, qiyməti və müddəti barədə ətraflı məlumatı aşağıdakı cədvəldə görə bilərsiniz:


İLKİN SƏVİYYƏ TARİXLƏR MÜDDƏT VƏ QİYMƏT CƏDVƏL
IELTS 5.5 və ya TOEFL 62-70 Axşamlar və həftəsonu
1 mart – 30 may
12 həftə, 120 saat dərs
1300 AZN
Bazar ertəsi, Çərşənbə, Cümə axşamı 19:00 – 21:00
Şənbə 10:00 – 15:00
IELTS 5.5 və ya TOEFL 62-70 Həftəiçi 4 gün
1 mart – 30 may
12 həftə, 120 saat dərs
1300 AZN
Bazar ertəsi, Çərşənbə, Cümə axşamı və Cümə
Təklif 1 - 9:30-10:45 / 11-12:15
Təklif 2 – 2:30 -3:45 / 4:00-5:15

 

İkinci mərhələdə isə siz IETLS 6.0 səviyyəsindən IETLS 6.5 səviyyəsinə çatırsınız. Bu mərhələdə də dərslər 2 fərqli formatda: 11 həftəlik normal və ya 4.5 həftəlik intensiv şəkildə tədris edilir. İkinci mərhələdə dərslərin formatı və müddəti aşağıdakı kimidir:

 

İLKİN SƏVİYYƏ TARİXLƏR MÜDDƏT VƏ QİYMƏT CƏDVƏL
IELTS 6.0 və ya TOEFL 71- 82 Axşamlar və həftəsonu
1 mart – 22 may
11 həftə, 11 saat dərs
1200 AZN
Bazar ertəsi, Çərşənbə, Cümə axşamı 19:00 – 21:00
Şənbə 10:00 – 15:00
(13:00-13:45 fasilə)
IELTS 6.0 və ya TOEFL 71- 82 Həftəiçi hər gün
7 iyun – 7 iyul
4.5 həftə
1200 AZN
Hər gün 8:30 – 15:00
(13:00-13:45 fasilə)

 

Maraqlanan namizədlər admissions@ada.edu.az e-mail ünvanına yaza və səviyyə testi üçün qeydiyyatdan keçə bilərlər.

Müraciət üçün son tarix: 20 fevral, 2021-ci ildir.

Category: University