ADA
News

Məcburi Köçkünlər Arasında Qayıdış Haqqında Onlayn-Sorğu

Məcburi Köçkünlər Arasında Qayıdış Haqqında Onlayn-Sorğu

Məcburi köçkünlər arasında qayıdış haqqında onlayn sorğu başlanıb - AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Sərəncamı ilə yaradılmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı” nəzdindəki İdarələrarası Mərkəzin “Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupu” yerli və xarici mütəxəssisləri cəlb etməklə sistemli araşdırmalar aparır. Həmin araşdırmalardan biri də ADA Universitetində aparılan “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması” adlı tədqiqat işidir.
Tədqiqat çərçivəsində bir neçə sosioloji sorğu keçiriləcək. Onların birincisi – internet üzərindən keçirilən onlayn sorğudur. Sorğuda iştirak etmək üçün məcburi köçkünlərin https://sorgu.ada.edu.az ünvanına daxil olmaları kifayətdir.

Tədqiqat Qrupu məcburi köçkünləri bu sorğuda fəal iştirak etməyə, suallara səmimi cavab verməyə çağırır. Nəzərə alınmalıdır ki, bu sorğu da, buna bənzər digər araşdırmalar da Qarabağa qayıdacaq həmvətənlərimizin rəy və təkliflərini nəzərə almaq üçündür.

Category: University