Təhsil üzrə menecment ixtisası təhsilin müxtəlif pillələri və sahələri üzrə idarəçilər yetişdirir. Tədris bir semester ərzində 3 həftə Qazaxda bir həftə Bakıda olmaqla əyani formada, qalan vaxtlar isə onlayn aparılır.
Proqramda tədris real beynəlxalq nümunələrə əsaslanaraq təhsilin idarə edilməsi üçün zəruri olan hüquqi, iqtisadi, maliyyə və idarəçilik üzrə mövzuları əhatə edir. Proqramın əsas üstünlüklərindən biri də ixtisas təhsili ilə yanaşı, akademik məqsədlər üçün ingilis dilinin tədrisidir.
Namizədlər Azərbaycandakı mövcud magistraturaya qəbul qaydalarına uyğun olaraq bu proqrama müraciət edə biləcəklər.
Müraciət prosesi:
Elektron ərizəyə əlavələr:
Sənədlərə ilkin baxışdan sonra yekun seçim müsahibə vasitəsilə olacaq.
Birinci mərhələ sənəd qəbulu üçün son tarix: 1 aprel
İkinci mərhələ sənəd qəbulu üçün son tarix: 1 iyun
Azərbaycan vətəndaşları üçün illik təhsil haqqı 2250 AZN təşkil edir. Tələbələr Təhsil Tələbə Krediti vasitəsilə də təhsil xərclərini maliyyələşdirə bilərlər.
Əlavə məlumat üçün bizimlə əlaqə saxlayın: admissions@ada.edu.az və ya (+99412) 437 32 35 (dax. 314)
Faydalı sənədlər: