Təlim və tədrisin təşkili və metodikası ixtisası sinifdə öyrənmə prosesini təkmilləşdirmək üçün müəllimlərə lazım olan bilik və bacarıqları öyrədir. Məzunlar müasir tədris texnologiyaları tətbiq edən, sinfi düzgün idarə etməyi bacaran, sinif otağında tələbələrlə birgə öyrənməyi hədəfə alan müəllimlər kimi yetişirlər. Tədris proqramına akademik məqsədlər üçün ingilis dilinin öyrədilməsi də daxildir.
Tədris bir semester ərzində 3 həftə Qazaxda bir həftə Bakıda olmaqla əyani formada, qalan vaxtlar isə onlayn aparılır. Təhsil müddətində uğurlu nəticə göstərən tələbələrə ADA Universitetinin Vaşinqton Mərkəzində təhsil alma imkanı yaradılır.
Namizədlər Azərbaycandakı mövcud magistraturaya qəbul qaydalarına uyğun olaraq bu proqrama müraciət edə biləcəklər.
Müraciət prosesi:
Elektron ərizəyə əlavələr:
Sənədlərə ilkin baxışdan sonra yekun seçim müsahibə vasitəsilə olacaq.
Birinci mərhələ sənəd qəbulu üçün son tarix: 1 aprel
İkinci mərhələ sənəd qəbulu üçün son tarix: 1 iyun
Azərbaycan vətəndaşları üçün illik təhsil haqqı 2000 AZN təşkil edir. Tələbələr Təhsil Tələbə Krediti vasitəsilə də təhsil xərclərini maliyyələşdirə bilərlər.
Əlavə məlumat üçün bizimlə əlaqə saxlayın: admissions@ada.edu.az və ya (+99412) 437 32 35 (dax. 314)
Faydalı sənədlər: