Teaching and Learning (in Azerbaijani)
Təlim və tədrisin təşkili və metodikası
Təlim və tədrisin təşkili və metodikası ixtisası sinifdə öyrənmə prosesini təkmilləşdirmək üçün müəllimlərə lazım olan bilik və bacarıqları öyrədir. Məzunlar müasir tədris texnologiyaları tətbiq edən, sinfi düzgün idarə etməyi bacaran, sinif otağında tələbələrlə birgə öyrənməyi hədəfə alan müəllimlər kimi yetişirlər. Tədris proqramına akademik məqsədlər üçün ingilis dilinin öyrədilməsi də daxildir.
Tədris payız semestrində 3 dəfə Qazaxda, yaz semestrində isə 2 dəfə Qazaxda 1 dəfə Bakıda olmaqla ənənəvi formada, qalan vaxtlar isə onlayn aparılır.
Qəbul şərtləri
Namizədlər Azərbaycandakı mövcud magistraturaya qəbul qaydalarına uyğun olaraq bu proqrama müraciət edə bilərlər.
Müraciət prosesi:
Elektron ərizəyə əlavələr:
- Namizədin bu proqrama müraciət səbəblərini və gələcək karyera planlarını ifadə edən 300-500 sözlük inşa
- Bakalavr diplomu və diploma əlavə (ingilis dilinə tərcümə və notarial qaydada təsdiq ilə birlikdə)
- Şəxsiyyət vəsiqəsi
- CV
- 3x4 sm ölçüdə fotoşəkil
Sənədlərə ilkin baxışdan sonra yekun seçim müsahibə vasitəsilə olacaq.
Birinci mərhələ sənəd qəbulu üçün son tarix: 1 aprel
İkinci mərhələ boş qalan yerlərə sənəd qəbulu üçün son tarix: 1 iyun