Azərbaycan dilində dövlət idarəetməsi üzrə modul-əsaslı proqram 18 ay ərzində əyani və onlayn formada tədris olunacaq. Proqramın əyani dərsləri ADA Universitetinin Qazax Mərkəzində keçiriləcək. Tədrisin ilk ilində tələbələrə “Dövlət qulluqçuları üçün ingilis dili” dərsləri onlayn şəkildə aparılacaq. Bu tətbiqi proqramın əsasını dövlət qulluğunda uğurlu fəaliyyət üçün lazım olan biliklərlə yanaşı, tədqiqat, data əsaslı qərarvermə, maliyyə savadlılığı və kommunikasiya kimi praktiki bacarıqlar təşkil edir.
Əyani modulların 2023-2024-cü tədris ili üçün cədvəli ilə buradan tanış ola bilərsiniz.
Namizədlər Azərbaycandakı mövcud magistraturaya qəbul qaydalarına uyğun olaraq bu proqrama müraciət edə biləcəklər.
Müraciət prosesi:
- Elektron ərizəyə əlavələr:
Sənədlərə ilkin baxışdan sonra yekun seçim müsahibə vasitəsilə olacaq. Dövlət qurumlarında iş təcrübəsi olan namizədlərə seçim prosesində üstünlük veriləcək.
Birinci mərhələ sənəd qəbulu üçün son tarix: 1 aprel
İkinci mərhələ sənəd qəbulu üçün son tarix: 1 iyun
Azərbaycan vətəndaşları üçün illik təhsil xərcləri 2500 AZN-dir. Tələbələr Təhsil Tələbə Krediti vasitəsilə də təhsil xərclərini maliyyələşdirə bilərlər.
Əlavə məlumat üçün bizimlə əlaqə saxlayın: admissions@ada.edu.az və ya 012 437 32 35